Azərbaycanda 2011-ci ildən rəsmi fəaliyyətə başlayan “UNITY COMPANY MMC” son yeniliyi ilə səhiyyə sahəsinə öz töhfəsini vermiş oldu. Aparıcı altı ölkənin tibb peşəkarlarını bir araya gətirərək üç günlük “I Beynəlxalq Pediatriya,Uşaq Cərrahiyyəsi və Tibb bacıları Konqresi" ilə ölkədə bu sistemin inkişaf təməlini qoydu desək yanılmarıq. Layihə UNITY COMPANY MMC ilə yanaşı Təbib, Səhiyyə Nazirliyi, Elmi-tədqiqat Pediatriya İnstitutunun birgə dəstəyi ilə reallaşdı.


Yerli şirkət yaradıldığı tarixdən yüksək keyfiyyətli Avropa və Türkiyə istehsalı olan  dərmanları idxal edərək, bir sıra xəstəliklərin müalicəsində uğurlar əldə edib.
Yalnız bir preparatla fəaliyyətə başlayan  UNİTY COMPANY hazırda Azərbaycanda ən geniş yayılmış xəstəlikləri əhatə etmək üçün dərman siyahısını artırmağa davam edir.
Unity Company-nin amalı, hədəfi, məqsədi birdir - insanların sağlamlığı üçün, öz elmi və tədqiqat potensiallarını hər zaman təkmilləşdirərək və bu minvalla əhalini müasir yüksək keyfiyyətli və effektli müalicə metodları üçün vacib olan dərmanlarla təmin edərək, bütün dünyada öz keyfiyyətli preparatlarıyla tanınan bir şirkət olmaq.