Minifutbol millimiz Avropa çempionatına hazırlıq məqsədilə Monteneqroda təlim-məşq toplanışını davam etdirməklə yanaşı, beynəlxalq turnirdə də iştirak edir.

İqtisadiyyat.az xəbər verir ki, yığmamız ilk oyunda dünya çempionu Rumınyaya 0:1 hesabı ilə məğlub olsa da, ikinci görüşdə Bosniya və Herseqovina seçməsinə 6:0 hesabı ilə qalib gəlib.

Millinin heyətində Mirkamil Əliyev, Təmkin Xəlilzadə, Ağaseyid Qasımov, Təmraz Əmircanov, Ramiz Çovdarov və Kamran Qürbətov fərqləniblər. 

Elşad Quliyevin baş məşqçisi olduğu komanda turnir çərçivəsində bu gün son matçına çıxacaq. Rəqib meydan sahibi Monteneqro olacaq. Matç Bakı vaxtı ilə saat 17:15-də başlayacaq. 

Qeyd edək ki, yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq