I Liqada mübarizə aparan "Mingəçevir" heyətini yeni futbolçu ilə gücləndirib.

İqtisadiyyat.az xəbər verir ki, bölgə təmsilçisi "Zirə"dən Taleh Fərmanovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fərmanov mövsümün sonuna kimi "Mingəçevir"in formasını geyinəcək.

Bölgə klubu I Liqada 13 turdan sonra 14 xalla 8-ci sıradadır