Elektrik mallarının satışı ilə məşğul olan “Amper” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını yenə azaldıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Belə ki, MMC nizamnamə kapitalının dəyərini 2000 manatdan 1000 manata endirib.

Xatırladaq ki, bu ilin sentyabr ayında şirkət nizamnamə kapitalından 1 375 010 manat geri götürülmüşdü.

Qeyd edək ki, “Amper” 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçi Söhbətov Xəyal Gülməmmədoğludur.

Şirkət bir çox dövlət qurumunun elan etdiyi milyonluq tenderlərin qalibi olub.