Finlandiya hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinə daxil olan rus milyarder qardaşları Boris və Arkadi Rotenberqlərin aktivlərinə həbs qoyub. 

Bu barədə Finlandiyanın “Helsingin Sanomat” qəzeti məlumat dərc edib. 

Nəşrin məlumatına görə, Aİ-nin sanksiyaları altında olan iş adamlarının aktivlərinə həbs qoyulması ilə bağlı qərarlar avqust və ya sentyabrın əvvəlində qəbul edilib.

Məhdudiyyətlər Rotenberqlərlə ilə əlaqəli olan "Langvik Capital" şirkətinin səhmlərinə və digər iki şirkətdəki səhmlərinə təsir edib. Beləliklə, Finlandiya hakimiyyəti Helsinkidə yerləşən "Helsinki Halli" buz arenasının və hotel kompleksini idarə edən "Langvik" şirkətinin səhmlərinə nəzarəti ələ keçirib. unikal