DİN-in Mətbuat Xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.