“Bu gün dərman bazarında və apteklərdə satılan dərmanların keyfiyyəti narahatlıq doğurur”. 

Bunu Milli Məclisin komitələrinin birgə iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 2022-ci il büdcə layihəsinin müzakirələri zamanı deyib. 

O bildirib ki, Azərbaycanda dərmanların qiyməti bir sıra ölkələrlə müqayisədə çox bahadır. 

Deputat Azərbaycanda onkoloji xəstələrin müalicəsi üçün lazım olan dərmanların olmamasını da vurğulayıb:

“Onkoloji xəstəliklərin müalicəsi üçün ən müasir aparatlar gətirilib. Ancaq, dərmanlarla bağlı problemlər var. Bu dərman preparatları olmadan onkoloji xəstələri müalicə etmək çətindir. Ola bilər ki, kimlərsə o dərmanları gətirir, amma bunu görmürük”, - deyə Ə.Əmiraslanov əlavə edib.