2013-cü ildən etibarən təşkil edilən və ölkəmizin Marketinq sahəsində ilk forumu olan “Milli Marketinq Forumu” bu il VIII dəfə “FACEMARK” MMC-nin təşkilatçılığı ilə həyata keçiriləcəkdir.

Forum 10-11 iyun 2022-ci il tarixlərində “Baku Marriott Hotel Boulevard”da baş tutacaqdır. 7 paneldən ibarət olacaq forum ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.

“Milli Marketinq Forumu”na bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.millimarketinqforumu.az) keçid ala bilərsiniz.

İlin ən böyük marketinq tədbirinə hər kəs dəvətlidir!