Azərbaycan Milli Konservatoriyası məcburi auditdən yayındığı üçün cərimələnib.

İqtisadiyyat.az xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə şirkətin cərimələnməsi ilə bağlı qərar elan olunub.

Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.