Milli Depozit Mərkəzi bu ilin noyabr ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.

Ötən ay qurum ümumilikdə 43 investor üzrə 53 milyon manat məbləğində ödəniş edib.

Ödənişlər Maliyyə Nazirliyi və "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) üçün həyata keçirilib.