İtaliyanın şimalında yerləşən Milan şəhərində 1763-cü ildən bəri ən yüksək temperatur qeydə alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyada fəaliyyət göstərən Regional Ətraf Mühitin Mühafizəsi Agentliyi (ARPA) məlumat yayıb. 

Məlumata görə, temperatur 33 dərəcəyə qədər yüksəlib.

İtaliyanın Lombardiya bölgəsindəki bəzi şəhərlərdə 22-23 avqust tarixləri arasında termometrlərin 40 dərəcə isti göstərdiyi bildirilib.

Açıqlamada intensiv və anormal temperaturların İtaliya Alp dağlarına da təsir etdiyi, gələn həftədən etibarən temperaturun 10-15 dərəcə azalacağı, tufanla müşayiət olunan şiddətli yağışların başlayacağı bildirilib.