İqtisadiyyat.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O qeyd edib ki, yeni yanaşmalar özəl sektorda çalışan bir çox sahibkarlar üçün vacib və gözlənilən dəyişiklikdir.
“Ölkəmizin beynəlxalq reytinqlərdə vəziyyətinin yaxşılaşdırılması üçün də dəyişikliklər nəzərdə tutulub. Ölkəmizdən qanunvericilik sahəsində gözləntilər mövcuddur. Bazarlarda fəaliyyət göstərən sahibkarların qanunsuz və uçotsuz fəaliyyətinin qarşısı alınacaq”, - deyə o əlavə edib.