İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri Məşğulluq Marafonunda iştirak etməyə çağırıb.

Bu barədə nazir özünün sosial media hesabında yazıb.

“Dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadəti ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Azərbaycan böyük Zəfər qazandı. Hazırda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərimizin işlə təminatına dəstək məqsədilə Məşğulluq Marafonu keçirilir. Sahibkarları, biznes ictimaiyyətini və işəgötürənləri bu humanist təşəbbüsdə fəal iştiraka çağırıram”, - deyə nazir qeyd edib.