İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin qalibləri Nərgiz Balakişiyeva və Nihad Mənsimzadə ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Mentorluq proqramı çərçivəsində keçirdiyimiz görüşdə gənclərin fərdi inkişaf planının icrası istiqamətində görülmüş işlər, idarəçilik bacarıqlarının artırılması üçün effektiv metodlar, əldə edilən təcrübə və biliklərin tətbiqi barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.