Azərbaycan və Yaponiya arasında rəqəmsal iqtisadiyyat və dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi, enerji və digər sahələrdə tərəfdaşlığın inkişafı prioritet məsələlərdəndir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə keçirilən görüşdə qeyd olunub.

Tərəflər ikitərəfli biznes tərəfdaşlığının əsas istiqamətləri, Azərbaycan və Yaponiya şirkətləri arasında dialoqun gücləndirilməsi, investisiya və vergitutma sahəsində, COP29 çərçivəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.

Görüşdə Azərbaycanın Yaponiya ilə əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb.