Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Astana Beynəlxalq Forumunda iştirak edəcəklər.

İqtisadiyyat.az tədbirin proqramına istinadən xəbər verir ki, Pərviz Şahbazov “Mərkəzi Asiyada və Azərbaycanda bərpa olunan enerjinin inkişafı: enerji təhlükəsizliyinin təmin olunmasının alternativ yolları” mövzusunda, Mikayıl Cabbarov isə "Mərkəzi Asiyada nəqliyyat əlaqələrinin inkişafı"na dair panel müzakirələrində iştirak edəcəklər.

Forum iyunun 8-9-da Astanada keçiriləcək.