Sənaye zonalarında indiyədək ümumilikdə 9,6 mlrd. manatlıq məhsul istehsal edilib, bunun 3,1 mlrd. manatlıq hissəsi ixrac olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tviterdə bildirib.

"Cari ilin I rübündə sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 768 mln. manatlıq məhsul satışı həyata keçirilib ki, bu da 2022-ci ilin eyni dövrünə nisbətən 13% çoxdur. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 55-dən çox ölkəsinə ixrac edilib", - məlumatda qeyd edilib.