KOB-ların qeyri- neft ixracında payı isə 2020-ci ildəki 31,8%- dən ötən ildə 59,8%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bunu KOBİA və Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda İNSME-nin 18-ci İllik Toplantısnda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki ,bizneslərin əksəriyyətini yəni 99,6%-ni, mikro, kiçik və orta sahibkarlıq təşkil edir. 2021-ci ilin nəticələrinə əsasən, qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə KOB-ların payı 27,5% təşkil etmişdir. KOB-ların qeyri- neft ixracında payı isə 2020-ci ildəki 31,8%- dən ötən ildə 59,8%-ə yüksəlib. Bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 2021-ci ildə 20 milyard ABŞ dollarına yaxın olmuş və ölkə üzrə biznesin ümumi dövriyyəsinin 32%-dən çox hissəsini, qeyri- neft ÜDM-nin isə 56,5%-ni təşkil edib.

Nazir kiçik və orta biznesin inkişafının iqtisadiyyatımızda mühüm rolunu qeyd edərək."Ölkəmizdə özəl sektorun, xüsusilə mikro, kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət göstərilir. Bu sektorda dövlət siyasətinin təkmilləşdirilməsi və həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə 2017-ci ildə xüsusi qurum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb"-deyə əlavə edib.