İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin ilə görüş keçirib.
İqtisadiyyat.az bildirir ki, görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, işğaldan azad edilmiş ərazilərimizdə İtaliya şirkətlərinin fəaliyyəti müzakirə olunub. Eyni zamanda qarşılıqlı investisiyaların təşviqi və energetika sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.