2021-ci ildə işsizlikdən sığorta üzrə daxilolmalar 10,4 faiz artaraq 135 milyon manata çatıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Nazir bildirib ki, proqnoz 112,2 faiz səviyyəsində icra edilib:

“Öz növbəsində icbari tibbi sığorta üzrə isə proqnoz 103,5 faiz yerinə yetirilib və daxilolmalar 595 milyon manatdan çox olub”.