İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə M. Cabbarov özünün tvitter hesabında bildirib:

"İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının prezidenti Abdullah Saleh Kamel ilə Direktorlar Şurasının 35-ci iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladıq".

"Təşkilatla ölkəmizin səmərəli əməkdaşlığı və üzv ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.