Sabah Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 30-cu İllik Toplantısı başlayır.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir bildirib ki, tədbirdə COVID-19 pandemiyasının təsirləri və iqtisadiyyatın bərpası istiqamətində müəyyənləşdirilmiş hədəflər barədə məlumat veriləcək.

"Ölkəmiz AYİB ilə uğurlu əməkdaşlıq edir. Bank tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 177 layihə üzrə 3 mlrd. avrodan çox investisiya yatırılıb. Toplantı ərəfəsində AYİB-in birinci vitse-prezidenti Yurgen Riqterink və həmkarları ilə Azərbaycan və maliyyə qurumu arasında tərəfdaşlığın genişləndirilməsi, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialının reallaşdırılmasında Bankın iştirakı barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.