İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonla görüşüb.

İqtisadiyyat.az xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib.

Mikayıl Cabbarov Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə müzakirələr zamanı birgə fəaliyyətin müxtəlif istiqamətlərini və nəticələrini nəzərdən keçirdiklərini qeyd edib.