Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) avtomobil alır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Agentlik 1 ədəd pikap tipli, dizel mühərrikli nəqliyyat vasitəsi sifariş verib.

Dövlət qurumu artıq bununla bağlı “Yenimotor” MMC ilə müqavilə bağlayıb.

Razılaşmaya əsasən, MİDA şirkətə həmin nəqliyyat vasitəsi üçün 61 100 manat ödəyəcək.