ABŞ-ın texnologiya şirkəti olan "Microsoft"un səhmlərinin dəyəri 3,98% artaraq 359,49 dollar təşkil edib ki, bu da rekord səviyyə hesab olunur.

Bu barədə İqtisadiyyat.az "Lenta.ru"ya istinadən xəbər verir.

Məlumata görə, texnologiya nəhənginin səhmləri generativ süni intellektə abunə qiymətini elan etdikdən sonra rekord həddə yüksəlib.

Əlavə edək ki, "Microsoft"un səhmləri bir il ərzində təxminən 50% artıb.

 

Gözəl Həşimova