Bakı Metropoliteninin bənövşəyi xətt üzrə dördüncü stansiyası olan "B-4 stansiyasının tikintisi bu ilin sonunda başa çatdırılacaq.  

Bu barədə açıqlamasında qurumun tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib. 

O bildirib ki, dörd mərtəbədən ibarət olacaq stansiyanın artıq iki mərtəbəsinin tikintisi başa çatıb, üçüncü mərtəbəsinin tikintisinə hazırlıq gedir:

“Digərlərindən fərqli olaraq bu stansiya torpaqda divar üsulu ilə inşa edilir. Hazırda stansiya yolunun üst quruluşunun tikintisinə başlanıb. Bu ilin sonuna kimi stansiyanın tikintisinin başa çatması nəzərdə tutulur. Tikinti başa çatdırıldıqdan sonra avadanlıqların quraşdırılmasına başlanacaq”, - deyə M.Nəbiyev bildirib.