“Meteohəssas insanların hisə verilmiş, duzlu və şirin yeməklərdən imtina etməsi daha yaxşıdır”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Diyetoloq Elena Solomatina “Sputnik” radiosuna məlumat verib. Onun fikrincə, havadan asılı insanlar atmosfer təzyiqi və hava dəyişikliyi olanda özlərini daha pis hiss edirlər.

Payızda bu, ən kəskin şəkildə hiss olunur, çünki sürətli hava dəyişiklikləri meteohəssas insanlarda narahatlıq yaradır. Onların problemləri əsasən ürək-damar sistemi ilə bağlıdır.

“Əsas odur ki, qida rasionundan trans yağları – qızardılmış, hisə verilmiş, marqarini xaric edin. Şəkər əlavə edilmiş məhsulları, həmçinin ağ undan hazırlanmış məhsulları istisna etmək lazımdır – bütün bunlar qan damarlarına çox zərər verir. Duzu istisna etmək lazımdır, çünki o, bədəndə maye saxlayır, bu da qan təzyiqinin artmasına səbəb olur”.

O əlavə edib ki, hava şəraitindən asılı olan insanlar daim pəhriz saxlamalıdırlar.