İqtisadiyyat.az bu barədə "NBC News"a istinadən xəbər verir.

"Meta"nın sözçüsü Andy Stone, şirkətin 25 milyon dollar ödəyəcəyini, 22 milyon dolları Trampın Prezident Kitabxanası Fonduna, qalanını isə məhkəmə xərclərinə və işdə digər iddiaçılara yönəldəcəyini açıqlayıb.

Qeyd edək ki, "Meta" Trampın 2021-ci il yanvarın 6-da Kapitoliyada baş vermiş iğtişaşlarla bağlı açıqlamalarını təhlükəli hesab edərək, onun "Twitter" və "Facebook" hesablarını bloklayıb.

 

Gözəl Həşimova