“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi olan “Meta”nın gəliri bu ilin üçüncü rübündə 34,1 milyard dollara yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Hesabat dövründə şirkətin gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 23% artıb. “Meta” 2022-ci ilin eyni dövründə 27,7 milyard dollar gəlir əldə edib.

Bu dövrdə "Meta"nın xalis mənfəəti 164% artaraq 11,6 milyard dollara çatıb. Halbuki, şirkət ötən ilin üçüncü rübündə 4,4 milyard dollar xalis mənfəət açıqlayıb.

 

Gözəl Həşimova