Meta Facebook sosial şəbəkəsinin istifadəçilərinin məlumatlarının Cambridge Analytica analitik firmasına ötürülməsi ilı bağlı təzminat üçün 725 milyon dollar ödəməyə qərar verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Belə bir məbləğdə təzminatla bağlı razılaşma, məlumatların məxfiliyi ilə bağlı əldə edilən ən böyük razılaşma olacaq.

Qeyd edək ki, Facebook heç vaxt məxfiliyin pozulması üçün bu qədər pul təzminat ödəməyib.