Argentinalı futbolçu Lionel Messinin ötən yay "İnter Mayami"yə keçməsi klubun maliyyə vəziyyətini dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, MLS təmsilçisinin dəyəri 1,2 milyard dollara çatıb. Bu, əvvəlki ilə nisbətən 74 faiz çoxdur.

Lionelin gəlişi klubun gəlirlərini də artırıb. "İnter Mayami" ötən il 127 milyon avro gəlir əldə edib. Klubla yanaşı, həm də MLS təmsilçilərinin gəlirləri 27 faiz artıb.

Messi "İnter Mayami"də ötən mövsüm 14 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib