"İnter Mayami”nin hücumçusu Lionel Messinin “instagram” sosial şəbəkəsində izləyici sayı 500 milyona çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu göstəriciyə görə argentinalı futbolçu hesabını 622 milyon istifadəçinin izlədiyi “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldodan geri qalır.

Sosial şəbəkədə ən populyar insanlar siyahısında argentinalı futbolçudan sonra müğənni Selena Qomez (429 milyon), model Kayli Cenner (400 milyon) və aktyor Dueyn Conson (396 milyon) qərarlaşıb.

Messi 2023-cü ilin iyulunda azad agent kimi “İnter Mayami”yə keçib.