"Meta"nın rəqib yeni sosial platforması olan “Threads” tətbiqi işə düşüb. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, 100-dən çox ölkədə istifadəyə verilən "Threads" tətbiqində ilk 4 saat ərzində 5 milyondan çox insan hesab açıb. 

Tətbiq istifadəyə veriləndən sonra "Facebook"un qurucusu Mark Zukerberq  "Welcome to Threads" formasında paylaşım edib. Yeni tətbiqdə hesab açanlar arasında Şakira, Hadisə, Qordon Ramsay kimi məşhur adlarla yanaşı, HBO, Netflix və NPR kimi brendlər də var. 

Qeyd edək ki, "Threads"də 500 simvola qədər mətn paylaşıla bilər. Həmçinin mətn mesajları ilə yanaşı, linklər, şəkillər və videolar da paylaşıla bilər. Tətbiqin interfeysi "Twitter"ə bənzərliyi ilə diqqət çəkir. İstifadəçilər "Instagram" hesablarından istifadə edərək platformaya qeydiyyatdan keçə və mövcud kontaktlarını izləyə bilərlər. 

"Instagram" hesabı olmayan istifadəçilər isə yeni hesab açaraq "Threads"də qeydiyyatdan keçə biləcəklər.