Tannmış Yaponiya müğənnisi Maon Kurosaki vəfat edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı müğənninin ölümü ilə bağlı onun yaxınları sosial şəbəkədə məlumat veriblər. Bildirilib ki, Kurosaki xəstəlik səbəbindən ölüb.

Qeyd edək ki, Maon Kurosaki həm də dublaj sahəsindəki fəaliyyəti ilə tanınmışdı.