Son 11 ay ərzində “AstraZeneca” şirkəti dünyanın 170 ölkəsinə tədarük edilmiş 2 milyard doza vaksin istehsal edib.

“AstraZeneca”dan bildirilən xəbərə görə, “COVAX Facility” təşəbbüsü çərçivəsində 130 ölkəyə 175 milyondan çox vaksin tədarük edilib.

“Aparılmış qiymətləndirmələrə görə, indiyədək “AstraZeneca” şirkətinin COVID-19-a qarşı “Vaxzevria” vaksini virusa 50 milyon yoluxmanın, 5 milyon xəstəxanaya yerləşdirmə halının və bir milyondan çox ölümün qarşısını alıb”, - şirkətdən bildiriblər.

Xatırladaq ki, ötən ilin aprel ayından etibarən Azərbaycanda 60 yaşdan yuxarı şəxslərə “AstraZeneca” şirkətinin “Vaxzevria” peyvəndinin vurulmasına başlanılıb.