Məşhur şirkətlər qrupu vergi bataqlığından çıxıb, milyonlarla manat borcunu ödəyib.

“ATEF Şirkətlər Qrupu” yığılmış külli miqdarda vergi borcunu ödəməyə məcbur edilib.

Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri məlumatlarınına istinadən xəbər verir.

Məlumata görə, şirkətin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə hazırda cəmi 1500 manata yaxın vergi borcu mövcuddur. Cari ilin mayında şirkətin dövlət qarşısındakı borcu 186,5 min manat idi. Ötən il isə şirkətin vergi borcu 1,5 milyon manata çatmışdı. 2021-ci ildə MMC-nin vergi borcu 6 milyon, 2023-cü ildə 11 milyon manat olub.

Qeyd edək ki, “ATEF Şirkətlər Qrupu” enerji sənayesi üçün elektrik avadanlıqlarının istehsalı və quraşdırılması ilə məşğuldur. Nizamnamə kapitalı 33 892 585 manat olan şirkətin rəhbəri Talıb Əlixanbəyovdur, qanuni təmsilçisi isə onun oğlu Emil Əlixanbəyovdur.