Rusiyanın əməkdar artisti , aktyor , şair və ssenarist Boris Dmitriyev vəfat edib . Bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb .

83 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi hələ dəqiqləşdirilməyib.

Qeyd edək ki, Dmitriyev 1939-cu ildə Saratovda anadan olub. Fəaliyyəti ərzində 100-dən çox filmdə rol alıb.