“Medistyle” Məhdud Məsuliyyətli Cəmiyyəti (MediStyle Hospital) nizamnamə kapitalının azaldığını elan edib.

Bu barədə İqtisadiyyat.az MMC-yə istinadən xəbər verir.

Amma nizamnamə kapitalının nə qədər azaldıldığı açıqlanmayıb.

Qeyd edilib ki, nizamnamə kapitalının azaldılması ilə əlaqədar olaraq kreditorlar öz tələblərini kommersiya təşkilatının hüquqi ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Medistyle”in nizamnamə kapitalının hazırkı məbləği 3 948 855 manatdır. MMC-nin qanuni təmsilçisi klinikada uroloq-androloq vəzifəsində işləyən Ramil Əhmədov Famil oğludur.