Oktyabrda C.Koreyada beynəlxalq dirmanma yarışlarında iştirak edən iranlı alpinist Elnaz Rekabi baş örtüyünü çıxararaq etirazlara dəstək vermiş, bununla bağlı dünya mediasında gündəm olmuşdu. Bunun ardınca haqqında bir xəbər alınmayan E.Rekabi daha sonra üzü çıxaraq üzrxahlıq etmişdi. Bu günlərdə onun qardaşı, Davud Rekabinin evinin dağılması ilə bağlı video yayılıb. Paylaşılan videoda Davud ağlayır, səsi gələn şəxs bu sözləri deyir: "Bu da bu ölkədə yaşayan insanların sonu. İran üçün medal qazanmış və çempionu. Onlar onun evini dağıtırlar. Nə deyəsən.
" 10 qızıl medal sahibidir. Evi kimlərin dağıtdığı bilinmir, amma Rekabi ailəsi baş vermiş hadisəyə görə İran hökumətini günahlandırır. Hökumətdən hadisəyə reaksiya verilməyib.
«قهرمان مملکت کیلو کیلو مدال آورده واسه این مملکت»
— Maryam Moqaddam مریم مقدم (@MaryamMoqaddam) 1 dekabr 2022-ci il
-آدمهای جمهوری اسلامی خونهباغ خانواده #الناز_رکابی رو خراب کردند فقط چون جلوی حجاب اجباری ایستاد
pic.twitter.com/J6SAYVxxMP