Bu günə qədər Mərkəzi Neftçilər Xəstəxanasına 900 xəstə qəbul olunub.
Oxu.Az müxbirinin məlumatına görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov bu gün operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində deyib.
O bildirib ki, martın 23-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında 900-ə yaxın xəstə qəbul edilib:
“Bütün xəstələrin müalicəsi yüksək səviyyədə aparılıb və onlar zəruri olan dərman preparatları ilə təchiz edilib”.