Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

İqtisadiyyat.az AMB-yə istinadən xəbər verir ki, bu il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 650,3 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 11,3 milyon dollar çoxdur.