Fazir dərəcəsinin müəyyən olunması ilə bağlı Mərkəzi Bankın qərarına təsir göstərən amillər birtərəfli deyil.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüqar Əhmədov bildirib.

 O bildirib ki, burada çoxsaylı  azaldıcı və artırıcı amillər var. Xüsusən də biz inflyasiya proseslərinə nəzərə yetirsək görürük ki, inflyasiyanı həm azaldıcı həm də artıracı amillər var. Ötən iclasdan bəri bu amillər arasında azaldıcı amillərin əhəmiyyətli olduğunu müşahidə edirik. Buna səbəb nominal effektiv məzənnənin möhkəmlənməsidir,iyunda dünya ərzaq qiymətlərinin dinamikasıdır. Dünya ərzaq qiymətləri və təhcizat logistika xərcləri artıq iki aydır ki, ucuzlaşmaqdadır.

Vüqar Əhmədov Mərkəzi Bankın faiz qərarına təsir göstərən digər qərarlarına da toxunaraq "Eyni zamanda Mərkəzi Bankın faiz qərarından başqa digər qərarlar da mövcuddur. Əvvəllər də qeyd etmişik ki, biz məcburi ehtiyat qaydaları ilə əlaqədar qərar qəbul etmişik.Eyni zamanad makro prudinsial siyasətlə bağlı qərarlar qəbul etmişik ki, bu da  inflaysiyanın azaldılmasına və manatın alıcılıq qabiliyyətinin dəstəklənməsinə  xidmət edir,"-deyə qeyd edib.