Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş məlumatlara görə, 2022-ci ildə ölkədə Mərkəzi Bankın 5 milyard 10 milyon manat dəyərində notları, 2 milyard 400 milyon manat dəyərində dövlət istiqrazları, 907,8 milyon manat dəyərində korporativ istiqrazları, 720,9 milyon manat dəyərində səhmlər dövlət qeydiyyatına alınıb.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a bildirilib ki, bu dövr ərzində Bakı Fond Birjasında keçirilmiş hərraclarda Mərkəzi Bankın 4 milyard 897,2 milyon manatlıq notları, 2 milyard 406,8 milyon manatlıq dövlət istiqrazları, 1 milyard 316,2 milyon manatlıq korporativ istiqrazları və 268,1 milyon manatlıq səhmlər yerləşdirilib. 2022-ci ildə nominal dəyəri 657,1 milyon manat olan dövlət istiqrazları, 470,3 milyon manatlıq korporativ istiqrazları, 351,7 milyon manatlıq Mərkəzi Bankın notları və 135,1 milyon manatlıq səhmlər tədavüldə olub.