Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

Bu barədə qurum məlumat yayıb.

Bildirilib ki, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.