Mərkəzi Bank açıq tender elan edir.

İqtisadiyyat.az xəbər verir ki, tender elanı Mərkəzi Bankda İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsinə dair xidmətin satın alınması ilə bağlıdır.

Satınalan təşkilatın VÖEN-i: 9900071001

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90

Müsabiqənin başlama tarixi və vaxtı: 31.03.2023 09:00

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 20.04.2023 15:00

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 02.05.2023 18:00

Zərflərin açılış tarixi və vaxtı: 03.05.2023 15:00

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.

Ödəniş şərtləri - Əsas Şərtlər Toplusuna əsasən

Çatdırılma yeri - Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 90

Çatdırılma şərtləri - DDP

Çatdırılma müddəti - 50 (əlli) iş günü

Tələb olunan sənədlər

Təşkilati və hüquqi sənədlər:

İddiaçının tam adı, nizamnaməsi, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, bank rekvizitləri

Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

İddiaçının sahibkarlıq subyektlərinin hansı bölgü kateqoriyasına aid olmasına dair müvafiq dövlət orqanından arayış

İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafıq dövlət orqanından arayış

Satınalma prosedurunun başlanmasından əvvəlki 5 (beş) il ərzində iddiaçının özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə müvafiq dövlət orqanından arayış

İddiaçının müflis elan olunmaması, əmlakı üzərində həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyətinin dayandırılmaması barədə müvafiq dövlət orqanından arayış

İddiaçının müvafiq sahə üzrə son 2 (iki) illik iş təcrübəsini əks etdirən məlumatlar (korporativ müştərilərin adı, ünvanı, əlaqə telefonu)

İddiaçının bank və maliyyə sektorunda İnformasiya təhlükəsizliyinin qiymətləndirilməsi üzrə müdaxilə sınağının keçirilməsinə dair görülmüş layihələr haqqında məlumat

İddiaçının Müdaxilə sınağı üzrə ən azı 2 (iki) sertifikatlaşdırılmış mütəxəssisin olmasını təsdiq edən sənədlərin surəti

İxtisas göstəriciləri: Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib

Tender təklifi  Qiymət təklifi: 100 bal

Təklifdə onun qüvvədə olması müddəti, qiymət təklifi, ödəniş şərtləri, müdaxilə sınağı üzrə görüləcək işlər və layihə qrafikini göstərilməlidir

Tender təklifinin qüvvədə olma müddəti - Zərflərin açıldığı gündən sonra 30 bank günü təşkil etməlidir

Tender təklifinin təminatının məbləği - Təklifin ümumi qiymətinin 1 faizi məbləğində tələb edilir

Tender təklifinin təminatının qüvvədə olma müddəti - Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır

Texniki təklif: Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Akif Əskərov, Böyük mütəxəssis

Tələb olunan iddiaçıların sayı: 3