Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərinin, nağd pulunun və nəqliyyat vasitələrinin birgə sığortası üçün açıq tender elan edib.

İqtisadiyyat.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri dekabrın 1-i, saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 9-u, saat 18:00-a qədər AMB-nin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə dekabrın 12-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.