Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə elan edilmiş açıq tenderə yekun vurulub.

“Marja” xəbər verir ki, əsas vəsaitlərin sığortası üzrə “AtaSığorta” ASC, nağd pulun sığortası üzrə “PAŞA Sığorta” ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə “Qala Sığorta” ASC qalib elan ediliblər. Qalib şirkətlər ilə satınalma müqavilələri imzalanıb.