Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə bu vəzifədə olub - red.) ölkədə antisemitizmə qarşı qətiyyətli addım atmağa çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Merkel "Kristallnacht"ın ildönümü ilə bağlı verdiyi açıqlamada bildirib.

"Dövlətimizin demokratik əksəriyyəti sayıq qalmalıdır. Antisemitizmin bütün formaları - sağ, sol və islamçı motivlərlə mübarizə bizim dövlət və vətəndaşlıq borcumuzdur", - Merkel qeyd edib.

O əlavə edib ki, yəhudilər Almaniyada özlərini təhlükəsiz hiss etməlidirlər.

Keçmiş kansler ölkədə vəziyyətin kifayət qədər ağır olduğunu izah edib.

"Almaniyada həyat yenidən çiçəklənir və eyni zamanda, ölkəmizdə və dünyanın təhlükəsiz hesab edilən digər yerlərində yəhudilərin həyatını təhdid edən həyəcan verici antisemitizmlə üzləşirik", - keçmiş kansler əlavə edib. 

Qeyd edək ki, "Kristallnacht" (10 noyabr 1938-ci il gecəsi - red.) Almaniyanın yəhudi əhalisinin sistematik şəkildə məhv edilməsinin başlanğıcı hesab olunur. Sonra nasistlər mövcud sinaqoqların əksəriyyətini dağıdıb, minlərlə yəhudi müəssisəsi və mağazası talan edilib.