İqtisadiyyat.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) həmin işlərin icrasını “Cronos Construction” MMC-yə həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkət “Dendrologiya parkı”nın yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi (Murtuza Muxtarovun ev muzeyinin bərpa və yenidənquruması) layihəsi 7 040 948,92 manata icra edəcək.

Qeyd edək ki, 24 ha əraziyə malik Dendrologiya parkı 1895-1920-ci illərdə Murtuza Muxtarovun istifadəsində olub. Ərazidəki ev neft milyonçusunun bağ evi kimi inşa edilib. Bina Mərdəkanda inşa edilmiş ilk villalardandır. 

Məlumat üçün bildirək ki, “Cronos Construction” 2013-cü ildən etibarən sənaye və mülki obyektlərin tikintisi, tarixi binaların bərpası və konservasiyası, daxili təmir-tamamlama işləri, bünövrə qazıntısı və qazıntı materiallarının daşınması, sahələrin tikintiyə hazırlanması, tikinti sonrası abadlaşdırma və s. işlərlə məşğuldur.