Avtomobil istehsalçısı "Mercedes-Benz"in xalis mənfəəti bu ilin üçüncü rübündə illik müqayisədə 54% azalıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Hesabat dövründə avtomobil istehsalçısının xalis mənfəəti 1,7 milyard avro təşkil edib. Bu göstərici ötən ilin eyni dövründə 3,7 milyard avro təşkil edib.
Doqquz ay ərzində ümumi xalis mənfəət isə 31% azalaraq 11,3 milyard avrodan 7,8 milyard avroya düşüb. Üçüncü rübdə minik avtomobillərinin satışından əldə edilən əməliyyat mənfəəti də 64% azalaraq 3,31 milyard avrodan 1,19 milyard avroya enib.
Gözəl Həşimova